Вернуться назад Распечатать

Alyansın Rusiya-NATO Şurasını ləğv etmək planları üzə çıxıb

NATO-nun baş katibi Mark Rutte NATO-nun xarici işlər nazirlərinə NATO-Rusiya Şurasının ləğv ediləcəyi barədə məlumat verib.

1xeber.media xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

Sikorski alyansın xarici işlər nazirlərinin görüşündən sonra deyib: “Rəsmi qərarlar arasında baş katibin NATO-Rusiya Şurasının artıq mövcud olmaması ilə bağlı bəyanatını qeyd etməyinizi xahiş edirəm”. Polşa xarici işlər nazirinin bu sözləri TVP İnfo kanalı yayımlayıb.

Diplomat onu da vurğulayıb ki, NATO-Rusiya Təsis Aktı da artıq mövcud deyil.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan etmişdi ki, NATO Ukraynadakı münaqişənin həlli üçün sülh danışıqlarını pozmağa çalışır.