Red Wings Airlines aviaşirkətinə məxsus təyyarə Moskva vilayəti üzərində qəza siqnalı göndərib.
1xeber.media xəbər verir ki, Shot Telegram kanalının məlumatına görə, təyyarə bir saatdır Stupino yaxınlığında uçub.
Telekanalın məlumatına görə, hazırda təyyarə yanacaq yandırır və eniş etməyə hazırlaşır. Shot təyyarə ilə nə baş verdiyini dəqiqləşdirməyib. Lakin "112" Telegram kanalının məlumatına görə, sol mühərrik yanıb.
Təyyarədə 425 nəfər - 412 sərnişin və 13 ekipaj üzvü var.
Bundan əvvəl Yaponiyada sərnişin təyyarəsi sevgilisinin yanında oturmağa çalışan kişi səbəbindən məcburi eniş edib.