1xeber.media xəbər verir ki, Trampla Zelenski görüşündə maraqlı anlar yaşanıb.
Trampın səmimi münasibəti Amerikanın bundan sonrakı illərdə də Ukraynanın yanında olacağına mesaj kimi dəyərləndirilir.
Güman olunur ki, rus-ukrayna savaşı tezliklə yekunlaşmayacaq. Siyasi situasiya, fərqli münasibət buna əyani sübutdur. Bu tip səmimi görüşlər isə Zelenskiyə "dayanmaq olmaz! davam elə" kimi mesajlar verir.
Təbii ki, Rusiyanın da müharibəni dayandırmaq və yaxud geri çəkiləcək kimi bir arzusunun olmadığını nəzərə alsaq bax o zaman savaşın daha da böyüyəcəyini təxmin etmək çətin deyil.
Qurulacaq yeni dünya düzənində kimin qalib, kimin məğlub olacağı isə sual altındadır.
Görünən odur ki, hər iki ölkənin suverenliyi uğrunda aparılan savaş ciddi iqtisadi dayaqların itirilməsi və tənəzzüllə yekunlaşacaq.
Tural Əhmədov
1xeber.media