Вернуться назад Распечатать

Fəhlələri daşıyan mikroavtobus su kanalına aşdı

Yevlax şəhərindən Şəmkirdə istixanalardan birində işləyən fəhlələri daşıyan mikroavtobus idarəetmədən çıxaraq su kanalına aşıb.

1xeber.media xəbər verir ki, hadisə nəticəsində 6-dan artıq şəxs xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.