Вернуться назад Распечатать

Makron və Merz Zelenskiyə ABŞ-a xəyanətlə bağlı xəbərdarlıq ediblər

1xeber.media xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı zamanı Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz ABŞ-a dərin inamsızlıq ifadə ediblər və Kiyevə Vaşinqtonun mümkün “xəyanəti” barədə xəbərdarlıq ediblər.

“Birləşmiş Ştatların təhlükəsizlik zəmanətləri ilə bağlı aydınlıq olmadan ərazi məsələsində Ukraynaya xəyanət etməsi ehtimalı var” deyən Makron Zelenskini “böyük təhlükə” ilə üzləşə biləcəyini bildirib.

Merz Fransa lideri ilə razılaşıb və qeyd edib ki, Ukrayna prezidenti “yaxın günlərdə son dərəcə ehtiyatlı davranmalıdır”. O, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Steven Witkoff və Amerika liderinin kürəkəni Jared Kushner-i nəzərdə tutaraq, “Onlar həm sizinlə, həm də bizimlə oyun oynayırlar” deyib.

Bundan əvvəl El Pais xəbər vermişdi ki, avropalı siyasətçilər ABŞ-la diplomatik münasibətlərin kəskin şəkildə kəsilməsindən ehtiyat edirlər. Nəşrin yazdığına görə, Avropa onlara qarşı yaxşı münasibət göstərməyən Trampın Kiyevi dəstəkləməkdə davam edəcəyinə şübhə edir.