Вернуться назад Распечатать

Rusiya Makronun Ukraynanın enerji sektoruna hücumları dayandırmaq təklifinə cavab verib

1xeber.media xəbəər verir ki, Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik bildirib ki, Fransa prezidenti Emmanuel Makronun enerji infrastrukturuna hücumlara moratorium təklifi Rusiya üçün mənasızdır.

"Ukraynanın enerji infrastrukturu tam gücünə qayıdarsa, o zaman Ukrayna hərbi-sənaye kompleksi də fəaliyyətini bərpa edəcək. Bu, Ukraynanın müdafiə qabiliyyətini artıracaq və Rusiya ordusunun buna qətiyyən ehtiyacı yoxdur", - o deyib.

Parlamentari Makronun belə bir təklifi birbaşa etməməsini, əksinə, Çin prezidenti Si Cinpin vasitəsilə çatdırmasını da qorxaqlıq hesab edib.

Bundan əvvəl Fransa prezidentinin qarşıdan gələn qış üçün Ukraynanın enerji infrastrukturuna hücumlara moratorium qoymağı təklif etdiyi bildirilirdi.