Вернуться назад Распечатать

Şəmkirdə qəzada xəsarət alanlardan 11-i evə buraxıldı - YENİLƏNİB

Şəmkirin Keçili kəndində mikroavtobusun su kanalına aşması nəticəsində xəsarət alan 12 nəfərdən 11-i göstərilən lazımi tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Rayon Mərkəzi Xəstəxanasından 1xeber.media-ya verilən məlumata görə, bir nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

*** 

Bu gün səhər saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə  TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

*** 

Şəmkirdə mikroavtobus aıb.

Hadisə Seyfəli yolu yaxınlığında baş verib.

Hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Qəza zamanı 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda 23 nəfər sərnişin olub. Onlar Yevlaxdan Şəmkirdə istixanaya işləməyə gedənlər imiş. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.