Вернуться назад Распечатать

Putin: BMT qərarlarının icrası Fələstin problemini həll etməyin yeganə yoludur

1xeber.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 4-də “India Today” telekanalına müsahibəsində bildirib ki, Fələstin problemini həll etməyin yeganə yolu BMT-nin qəbul etdiyi qərarları həyata keçirməkdir.

“Biz həmişə hesab etmişik ki, Fələstin problemini həll etməyin yeganə yolu BMT-nin uzun illər ərzində qəbul etdiyi və nəzərdən keçirdiyi qərarların həyata keçirilməsidir”, - Putin “India Today” telekanalına müsahibəsində deyib.

Rusiya lideri müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini də qeyd edib və bunun “bütün problemlərin həllinin açarı” olduğunu vurğulayıb.