Fransa prezidenti Emmanuel Makron gələn qış üçün Ukraynanın enerji infrastrukturuna hücumlara moratorium qoymağı təklif edib.
1xeber.media xəbər verir ki, O, bu təşəbbüslə Pekində Çin sədri Si Tsinpinlə danışıqlar zamanı çıxış edib.
"Biz mümkün qədər tez bir zamanda ən azı qarşıdan gələn qış üçün infrastrukturu hədəf alan hücumlara moratorium şəklində atəşkəsə nail olmaq üçün qüvvələrimizi birləşdirməliyik", - Fransa lideri bildirib.
Fransa prezidenti həmçinin ümid etdiyini bildirib ki, Çin "bu çağırışa qoşula" və Avropa ilə güclərini birləşdirə biləcək. Makron əlavə edib ki, Ukrayna münaqişəsi Avropanın təhlükəsizliyinə təhdiddir və Pekini BMT Nizamnaməsinə uyğun olaraq davamlı sülhü təşviq etmək üçün öz təsirindən istifadə etməyə çağırıb.