İspaniya, İrlandiya, Hollandiya və Sloveniya Avropa Yayım Birliyinin (EBU) Baş Assambleyasının İsraili qəbul etməsinə dair qərarından sonra Eurovision Mahnı Müsabiqəsində iştirakdan imtina etmək qərarına gəlib.
1xeber.media xəbər verir ki, Telegram kanalı Mash boykot barədə məlumat yayıb.
2026 Avroviziya Mahnı Müsabiqəsi əvvəllər Qəzza zolağında gedən döyüşlərə görə İsrailin iştirakına qarşı çıxan bu ölkələrin iştirakı olmadan keçiriləcək. Bu ölkələrin yayım şirkətləri də müsabiqəni yayımlamaqdan imtina ediblər.
31 ölkə “Eurovision”da iştirakını təsdiqləyib. Bununla belə, İslandiya və Belçikadakı yayımçılar hələ qərar qəbul etməyiblər və artıq iştirakını təsdiqləyən ölkələr qərarlarını geri ala bilərlər.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merz İsrailin “Eurovision”dan mümkün kənarlaşdırılmasını qalmaqal adlandırmışdı. O, belə bir ssenarinin baş verəcəyi təqdirdə Almaniyanın könüllü olaraq müsabiqədən çıxmasını “dəstəkləyəcəyini” bildirib.