Вернуться назад Распечатать

İtaliyanın şimalında helikopter qəzaya uğrayıb

İtaliyanın Lombardiya bölgəsindəki Sondrio əyalətində helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.

1xeber.media xəbər verir ki, bu barədə dekabrın 4-də “La Repubblica” qəzeti məlumat yayıb.

“Valtellinada göyərtəsində dörd nəfərin olduğu helikopter qəzaya uğrayıb”, - məqalədə deyilir.

Qəzetin məlumatına görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Zərərçəkənlərin hamısı xilas edilib. Lakin dördüncü zərərçəkmiş xəstəxanaya çatdırılıb və o, aldığı xəsarətlərdən dünyasını dəyişib.