1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişinin imzalanmasını tarixi hadisə adlandırıb.
“Biz ABŞ Sülh İnstitutunda dünyanın ən uzun sürən münaqişələrindən birinə son qoyacaq tarixi saziş imzalamaq üçün toplaşmışıq”, - Tramp bildirib.
Amerika lideri münaqişənin çoxlu sayda insanın həyatına son qoyduğunu da qeyd edib. O, həmçinin Ruanda Prezidenti Paul Kaqame və Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisekedi cəsarətli və diqqətəlayiq insanlar adlandırıb.