Azərbaycan voleybolu son illərdə həm ölkədaxili, həm də beynəlxalq səviyyədə diqqətəlayiq uğurlar əldə edib. Milli komandalarımız beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edir, yerli idmançılarımız müxtəlif xarici klublarda çıxış edərək təcrübələrini artırırlar.
Eyni zamanda, regionlarda uşaq və gənclərin voleybola cəlb edilməsi istiqamətində sistemli və davamlı işlər aparılır, yeni nəsil idmançıların yetişdirilməsi üçün müasir proqram və layihələr həyata keçirilir. Müxtəlif yaş qruplarında təşkil olunan yarışlar, uşaq və yeniyetmələrə Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən yaradılan imkanlar və regionlarda aparılan seleksiya işləri Azərbaycan voleybolunun inkişafında mühüm rol oynayır.
Bununla yanaşı, idmançıların beynəlxalq standartlara uyğun hazırlanması, texnoloji yeniliklərin tətbiqi və məşqçilərin peşəkar səviyyədə yetişdirilməsi istiqamətində federasiya ardıcıl tədbirlər görür.
Mövzu ilə bağlı 1xeber.media-a danışan Respublika dərəcəli hakim, beynəlxalq dərəcəli voleybol məşqçisi, sabiq voleybolçu Pərvin Hüseynova bildirib ki, valideynlər uşaqları voleybola daha çox fiziki inkişaf üçün sövq edirlər:
“Mənim özüm vaxtilə “Rabitə” klubunun Azərbaycan heyətində oynamışam. Oğlanların fiziki inkişafı üçün onları futbola yönləndirdikləri kimi, qızları da voleybola yönləndirirlər.
Özüm hazırda baş məşqçi olaraq fəaliyyət göstərirəm. Uşaqlar voleybola 7 yaşından etibarən başlayır. Hər məşqçinin özünün taktikası, voleybolu sevdirmə qabiliyyəti var. Uşaqlar arasında, komandaya çıxanlar, fiziki aktivlik üçün gələnlər var. Çalışıram ki, hər kəsi razı salım.