Вернуться назад Распечатать

Son görüntüləri pərəstişkarlarını ÜZDÜ

Türkiyəli məşhur müğənni Serdar Ortaçın son görüntüləri pərəstişkarlarını narahat edib.

1xeber.media  "Haberler.com"a istinadən xəbər verir ki, uzun müddətdir dağınıq skleroz (MS) xəstəliyindən əziyyət çəkən məşhur müğənninin son konsert zamanı yeriməkdə çətinlik çəkdiyi və köməkçilərin yardımı ilə səhnəyə çıxdığı görüntülənib.

Konsert zamanı yeriməkdə çətinlik çəkən Ortaçın görüntüləri sosial mediada sürətlə yayılıb.

Pərəstişkarlar müğənninin sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edərək ona dəstək olublar.

Rəsmi açıqlama verilməsə də, sosial mediada minlərlə insan Serdar Ortaçın üçün “tezliklə sağalın” mesajları göndərib.