Вернуться назад Распечатать

ABŞ səfiri: Türkiyə S-400-lərdən imtina edib F-35 almağı planlaşdırır

ABŞ-ın Türkiyədəki səfiri Tom Barak dekabrın 5-də bildirib ki, Türkiyə hazırda Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərindən istifadə etmir və onlardan tamamilə imtina edə bilər.

1xeber.media xəbər verir ki, Barak Ankaranın S-400-dən imtina etməyə yaxınlaşıb-çatmadığı sualına "Bəli" deyib.

Barak S-400 sistemi ilə bağlı məsələlərin yaxın 4-6 ay ərzində həll olunacağına əminliyini ifadə edib.