1xeber.media xəbər verir ki, Rusiyanın Xarkov vilayətinin İzyum şəhərinə hücumları nəticəsində iki nəfər həlak olub, Xarkov Vilayət Prokurorluğu məlumat yayıb.
"İstintaqın məlumatına görə, dekabrın 5-də saat 11:10 radələrində düşmənin pilotsuz təyyarəsi İzyum şəhərində yük maşınına çırpılıb. Hücum nəticəsində 52 və 67 yaşlı iki kişi həlak olub. Bu gün saat 15:00 radələrində pilotsuz təyyarənin hücumu nəticəsində fərdi yaşayış evinə ziyan dəyib".
Prokurorluğun ilkin məlumatlarına görə, Rusiya qüvvələri zərbələrdə Lancet tipli dronlardan istifadə edib.
“Prokurorlar və polis müstəntiqləri Rusiya hərbçiləri tərəfindən törədilmiş hərbi cinayətlərin sənədləşdirilməsi üçün bütün mümkün və lazımi tədbirləri görür”, – prokurorluq əlavə edib.