Вернуться назад Распечатать

Ukraynadakı münaqişənin həlli yoldadır - Tramp

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin tezliklə həll oluna biləcəyini bəyan edib.

1xeber.media xəbər verir ki, onun bu sözləri Fox News tərəfindən yayımlanan Kennedi Mərkəzində keçirilən 2026-cı il Dünya Kubokunun püşkatma mərasimində deyib.

"Mən səkkiz müharibəni həll etmişəm, doqquzuncusu isə yoldadır" deyən Amerika lideri, çox güman ki, Ukrayna münaqişəsini nəzərdə tutur.

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens bəyan etmişdi ki, yaxın bir neçə həftə ərzində Ukrayna ilə bağlı “yaxşı xəbərlər” çıxa bilər. O qeyd edib ki, Tramp administrasiyası münaqişənin həlli istiqamətində aparılan danışıqlarda mühüm irəliləyiş əldə edib.