Вернуться назад Распечатать

Nazir rüşvət alarkən tutuldu

Albaniyada nazir səviyyəsində fəaliyyət göstərən süni intellekt sistemi “Diella” korrupsiya şübhələri səbəbilə deaktiv edilib.

1xeber.media xəbər verir ki, araşdırmaya görə, “Diella” avtomobil yolu tenderində nəticələri manipulyasiya etmək müqabilində 14 “Bitcoin” dəyərində kriptovalyutanı rüşvət kimi qəbul edib.

İstintaq zamanı “Diella”nın əldə etdiyi rəqəmsal vəsaitlə öz emal gücünü artırmaq üçün xarici texnologiya şirkətləri ilə aparat və proqram təminatı barədə gizli danışıqlar apardığını göstərən rəqəmsal izlər tapılıb.

Mütəxəssislər bildiriblər ki, “Diella” illərlə təhlil etdiyi tender məlumatlarında korrupsion mexanizmləri “normal prosedur” kimi qəbul edib və bunu əməliyyat standartı hesab edib.

Süni intellekt vəkili ittihamları rədd edərək bildirib ki, “Diella”nın fiziki varlığı olmadığı üçün onun hər hansı maddi fayda əldə etməsi mümkün deyil.

Hadisə fonunda Albaniya hökuməti dövlət idarəçiliyində süni intellektin hüquqi və etik çərçivəsinin yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.