Вернуться назад Распечатать

Avtobus TİR-la toqquşdu

Türkiyənin Osmaniyə vilayətinin Bahçe rayonunda sərnişin avtobusu ilə yük avtomobili (TİR) toqquşub.

1xeber.media  “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Qəza yerinə çox sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar təcili olaraq yerli xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.