Minimum istehlak səbəti mühüm sosial-iqtisadi göstərici olmaqla, hər bir vətəndaşın minimal yaşayış normalarını təmin edir. Bu göstərici insan sağlamlığının və həyat fəaliyyətinin minimum təminatı üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
1xeber.media xəbər verir ki, yaşayış minimumu və minimum istehlak səbətinin müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləmək üçün hazırda 2004-cü il 5 oktyabr tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədədir.
Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
"Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinin tərkibi formalaşdırılmış, həmin orqanın 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə də bu tərkib yeni redaksiyada əlavələrlə təsdiq edilmişdir. Qərara əsasən, yeni redaksiyada Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi aşağıdakı kimidir: