Вернуться назад Распечатать

Oğurladığı mopedi 485 manata satan şəxs ələ keçdi

Xətai rayonunda oğurladığı mopedi 485 manata satan şəxs saxlanılıb.

1xeber.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, "Tufan" markalı mopedi oğurlamaqda şübhəli bilinən N.Süleymanzadəni polis əməkdaşları saxlayıblar.

Qeyd edək ki, saxlanılan şəxs oğurladığı mopedi sonradan 485 manata satıb.