İranın xarici işlər naziri Abbas Arakçı tezliklə Rusiya və Belarusa səfər etməyi və hər iki ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai deyib.
“Növbəti həftələrdə Xarici İşlər Nazirliyi səviyyəsində Rusiya və Belarusdan olan yüksək vəzifəli şəxslərlə görüşlər də planlaşdırılır. Cənab Arakçı bu iki ölkəyə səfər edəcək”, - Bəqai bildirib.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Arakçı sabah Azərbaycana səfərə gəlir.