Вернуться назад Распечатать

Mədət Quliyev Murad Dadaşovun oğlunun toyunda

Dünən Xəzər” Media Mərkəzinin (Xəzər TV) baş direktoru, Xalq artisti Murad Dadaşovun oğlu Kamalın toyu olub.

Populyar müğənni və bəstəkar Brendon Stoun Xalq artisti Murad Dadaşovun oğlunun toyu üçün Bakıya gəlib.

1xeber.media xəbər verir ki, məşhur sənətçi gecədə hit mahnılarını səsləndirib.

Toyda sənət adamları ilə yanaşı, rəsmi şəxslərdə məclisdə iştirak ediblər.

“Buta Palace”da keçirilən toyda Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Milli Qəhraman Mədət Quliyev də iştirak edib.

Toyda xalq artisti Aygün Kazımova, Xəyyam Nisanov, Azərbaycan əsilli qazaxıstanlı reper Jah Xalib (Bəxtiyar Məmmədov) də məclisə qatılanlar arasında yer alıb.   Toydan kadrlar sosial mediada yayılıb.