"BÖYÜKXANIM TALIBOVANIN teatrlara yerləşdirdiyi ona doğma, yaxın kadrlar barədə danışacağımı demişdim. Elə birincisini Dövlət Kukla Teatrının gözəl rejissoru və ziyalı xanım Səidə Haqverdiyeva yazdı. Amma nazirlikdən heç bir reaksiya olmadı. Bu isə o deməkdir ki, “gedin, hara istəyirsiniz şikayət edin”. Ona görə də bu barədə yenidən xatırlatma edirəm ki, cənab Nazir bu məsələni bilsin..."
1xeber.media xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında əməkdar artist Mehriban Xanlarova qeyd edib.