Вернуться назад Распечатать

Göygöldə maşın aşdı: Həlak olan şəxsin kimliyi məlum oldu

Göygöl rayonunda "Niva" markalı maşının aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.

1xeber.media xəbər verir ki, o, 1983-cü il təvəllüdlü Məhyəddin Kalpanovdur.

Həmçinin qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

* *

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

1xeber.media xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Niva" markalı minik avtomobili yolun kənarına aşıb.

Hadisə nəticəsində bir nəfər həlak olub.

Faktla bağlı araşdırma aparılır.