Вернуться назад Распечатать

Masazırda yanaraq ölən sürücünün və avtomobilin görüntüləri

Ötən gecə Masazırda baş vermiş qəzada vəfat edən Qurbanəli Əlizadənin və avtomobilinin görüntüləri yayılıb.

1xeber.media  xəbər verir ki, “Hyundai” markalı avtomobillə toqquşan “BMW”nin ona məxsus olması müəyyənləşib.

Bildirilir ki, “Hyundai” ilə toqquşan “BMW” markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.