Вернуться назад Распечатать

Məmməd İbrahimin şikayəti təmin edilmədi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaqla AXCP sədri Əli Kərimli  ilə birgə həbs edilən partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin apellyasiya şikayətinə baxılıb.

1xeber.media-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız sayaraq təmin etməyib.

Məmməd İbrahim barəsindəki birinci instansiyanın 2 ay 15 günlük həbs qətimkan tədbiri qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyevin  cinayət işi üzrə istintaqa cəlb ediliblər. Onlar AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar.