Вернуться назад Распечатать

Paşinyan bu gün Almaniyaya gedir

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan 9-10 dekabr tarixlərində Almaniya Federativ Respublikasına rəsmi səfər edəcək.

1xeber.media Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan özünün Facebook səhifəsində yazıb.

Dekabrın 9-da Baş nazir Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və federal kansler Fridrix Merts ilə görüşlər keçirəcək.

Dekabrın 10-da Paşinyan Hamburqa gedəcək və orada şəhər meri Peter Henşerlə görüşəcək. Baş nazir həmçinin Hamburq Ticarət Palatasında yerli sahibkarlarla görüşəcək.