"Yeni Klinika"da binası qarşısındakı qələbəliyin səbəbini açıqlayıb.
Vətəndaşlar içəri daxil olmaq üçün növbə üstündə mübahisə ediblər.
Binanın girişdəki sıxlıq narazılığa və qarşıdurmaya səbəb olub.
"Yeni Klinika"dan bildirilib ki, növbə sıxlığı tibb müəssisəsində tətbiq olunan sistemlərdə hər hansı texniki nasazlıqdan qaynaqlanmır:
"Klinikada həkim qəbulu saat 9-da başlayır. Növbə sıxlığının tənzimlənməsi məqsədilə qeydiyyat prosesi 08:00-dan etibarən həyata keçirilir. Görüntülərdə yer alan vətəndaşlar isə qeydiyyatın başlanmasını gözləmək üçün Klinikanın qarşısına erkən saatlarda gələn şəxslərdir.