Krım Rusiyanın bir hissəsi olana qədər Ukraynanın ürəyi idi.
1xeber.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Politico”ya müsahibəsində deyib.
Amerika lideri regionun böyük potensiala malik olduğunu da qeyd edib. O, 2014-cü ildə Rusiya və Ukrayna münasibətlərinə o qədər də qarışmadığını vurğulasa da, indi “Ukraynanı yaxşı tanıdığını” deyib.
"Krım ürək idi. Bilirsiniz, mən daşınmaz əmlakla məşğul olan adamam, elə deyilmi? Mən daşınmaz əmlakı çox yaxşı bilirəm. Və hər dəfə bu xəritəyə baxanda deyirəm: "Ah, Krım çox gözəldir. Vay. Dörd tərəfdən okeanla əhatə olunub." Gözəllik, hava və başqa hər şey baxımından Krım ən istidir”, - deyə Ağ Ev rəhbəri bildirib.
Tramp həmçinin iddia edib ki, ABŞ-ın 44-cü prezidenti Barak Obama Kiyevi Krımdan imtina etməyə məcbur edib. O, həmçinin Obamanın prezidentliyi dövründə vitse-prezident vəzifəsində çalışmış 46-cı prezident Co Baydenin "heç vaxt ağıllı olmadığı" üçün bu işə qarışdığından şübhələndiyini bildirib.