1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski İtaliyada Roma Papası XIV Leo ilə görüşüb və ona sülh sazişi istiqamətində irəliləyişlər barədə məlumat verib.
"Ukrayna Papa XIV Leo və Müqəddəs Taxt-tacın dəstəyini - onların davamlı humanitar yardımını və humanitar missiyaların iştirakını genişləndirmək istəyini yüksək qiymətləndirir. Bu gün həzrətləri ilə auditoriya zamanı mən ona Ukrayna və ukraynalılar üçün etdiyi daimi dualara görə təşəkkür etdim", - Ukrayna lideri öz Telegram kanalında yazıb.
Zelenski həmçinin Roma Papasına verdiyi dəstəyə görə təşəkkür edib və əvəzində XIV Leo-nu Ukraynaya səfərə dəvət edib. Ukrayna prezidentinin sözlərinə görə, bu səfər “xalqımıza güclü dəstək siqnalı” olmalıdır.