Вернуться назад Распечатать

Yağışdan sonra “İnşaatçılar”ı su basdı - Video

Ötən gündən etibarən aramsız yağan yağışlar Bakının müxtəlif ərazilərində fəsadlar törədib.

1xeber.media qafqazinfo -ya istinadən xəbər verir ki, yağış səbəbindən paytaxtın bəzi yerlərində subasmalar olub.

Ən acınacaqlı vəziyyətlərdən biri metronun “İnşaatçılar” stansiyasının ətrafında - Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, eniş-yoxuşlu ərazidən axan yağış suları küçənin hərəkət hissəsinə və səkilərə dolub həmçinin pilləkənlərdə hərəkəti çətinləşdirib.

Həmin görüntüləri təqdim edirik: