Ukrayna ABŞ-la ölkənin bərpası və iqtisadi inkişafı ilə bağlı danışıqlar aparacaq.
1xeber.media xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski öz Telegram kanalında məlumat verib.
“Bugünkü cədvəldə Ukraynanın müharibədən sonra bərpası və iqtisadi inkişafı prosesini təfərrüatlandıran sənədlə bağlı Amerika tərəfi ilə söhbət daxildir”, o yazıb.
Siyasətçi qeyd edib ki, Kiyev də ABŞ prezidenti Donald Trampın təklif etdiyi münaqişənin sülh yolu ilə həllinə dair 20 bəndlik planı yekunlaşdırır. O, sənədin yaxın vaxtlarda ABŞ-a təhvil veriləcəyini bildirib.