Вернуться назад Распечатать

Hikmət Hacıyev "Qarabağ"ın oyununu stadionda izlədi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Qarabağ" - "Ayaks" oyununu stadiondan izləyib. 

1xeber.media  xəbər verir ki, bu barədə klubun azarkeşləri sosial şəbəkədə paylaşım edib. Jurnalist Nurlan Rafiqoğlu və həmkarı Gülnarə Babayeva diplomatla stadionun çıxışında qarşılaşıblar.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu qonaqların 2 - 4 hesablı qələbəsi ilə başa çatıb.