Вернуться назад Распечатать

İtkin balıqçıların axtarışlarına helikopter cəlb olundu

Astarada itkin düşən balıqmıların axtarışlarına helikopter cəlb edilib.

1xeber.media xəbər verir ki, dekabrın 9-u səhər saat 08 radələrində balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar - Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir.

Artıq FHN-ə məxsus helikopter də ərazidə axtarışlara başlayıb.

Qeyd edək ki, Xəzər dənizində qohum olan iki nəfər itkin düşüb. Onlar 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.