Вернуться назад Распечатать

SON DƏQİQƏ: sabiq icra başçısının rəis oğlu həbs edildi

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov həbs edilib.

1xeber.media xəbər verir ki.“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, Daşdəmirov xüsuilə külli miqdarda qaçaqmalçılıqda, vergiləri ödəməkdən yayınmaqda ittiham edilir.

İş üzrə dəymiş ziyan 3 milyon manata yaxındır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan R.Daşdəmirov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.