Вернуться назад Распечатать

Usubov oğlunun həbsindən danışdı

Fəridin həbsindən mənim də sizin qədər məlumatım var. Bu barədə hələ heç nə deyə bilmərəm.

1xeber.media  xəbər verir ki, bu barədə “Yeni Sabah”a açıqlamasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmiş Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubovun atası Cəbrayıl Usubov bildirib.

“Bu həbsdən mənim də sizin qədər məlumatım var. Hələ heç nə deyə bilmərəm. Baş Prokurorluğun rəsmi məlumatından başqa heç bir məlumatım yoxdur”, - deyə C.Usubov açıqlayıb.

Onun sözlərinə görə, hələ oğlu ilə görüşməyib.

“Hələ görüş vermirlər”, - Fərid Usubovun atası bildirib.

“Həbsdən apellyasiya verəcəksinizmi” sualına cavabına o, “təbii ki” cavabını verib.