Вернуться назад Распечатать

Baş Qərargah rəisi Putinə məruzə edib

1xeber.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Donetsk Xalq Respublikasının (DXR) Seversk şəhərinin ələ keçirilməsi ilə bağlı prezident Vladimir Putinə məruzə edib.

Gerasimov həmçinin Xarkov vilayətinin Kuçerovka və Kurilovka kəndlərinin rus qoşunları tərəfindən tutulması barədə məlumat verib.

Onun sözlərinə görə, Dmitrovun cənub hissəsi də nəzarətə götürülüb. "Şəhərin mərkəzində, şimalında və şimal-şərqində döyüşlər davam edir", - Baş Qərargah rəisi bildirib.

Bundan başqa, Hülyaipol şəhəri uğrunda küçə döyüşləri davam edir və Cənub Qüvvələr Qrupunun bölmələri Konstantinovkada irəliləyir.