Вернуться назад Распечатать

İtaliya mətbəxi ilə bağlı ŞOK QƏRAR

UNESCO Baş Assambleyasında 10 dekabr tarixində tarixi qərar qəbul edilib.

1xeber.media xəbər verir ki, təşkilat ilk dəfə olaraq ayrıca yeməyi deyil, bütöv milli mətbəxi, İtaliya kulinariya ənənələrini qeyri-maddi mədəni irs siyahısına salıb.

Beləliklə, pasta, pizza, mozarella və zeytun yağı, tiramisudan tutmuş italyan şərabına qədər bütün kulinariya irsi beynəlxalq səviyyədə qorunan mədəni dəyər kimi tanınıb.

UNESCO-nun bəyanatında vurğulanır ki, italyan mətbəxi sadəcə qida deyil, özünə və yaxınlarına qayğı göstərməyin, sevgi ifadə etməyin, köklərlə bağ qurmağın və hekayəni nəsillərarası ötürməyin bir yoludur.

İtaliyanın baş naziri Corca Meloni qərarı qürurla qarşılayıb: “Bizim üçün mətbəx təkcə yemək deyil. Bu, mədəniyyət, ənənə, zəhmət və sərvətdir”.

Bu qərarla İtaliya kulinariyası dünya miqyasında rəsmi şəkildə qorunan mədəni irs statusu qazanmış oldu.