Вернуться назад Распечатать

Tramp Zelenskiyə təzyiq göstərməyə ÇAĞIRDI

ABŞ prezidenti Donald Tramp Avropanın aparıcı liderləri ilə telefon danışığında onları Ukrayna prezidentinə təzyiq göstərməyə çağırıb.

1xeber.media xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin yazdığına görə, məqsəd Zelenskini Vaşinqtonun irəli sürdüyü yeni sülh planını qəbul etməyə məcbur etməkdir.

Sənədin ən mübahisəli bəndi Ukrayna Silahlı Qüvvələrinin bütün Donbas ərazisindən çıxarılmasıdır. Zelenski isə mövqeyinin dəyişmədiyini açıq bildirib: “Harada dayanmışıqsa, orada da dayanırıq.”

Donetsk vilayətində “azad iqtisadi zona” yaradılması ehtimalına gəlincə, Zelenski bunun yalnız Ukrayna xalqının qərar verə biləcəyi məsələ olduğunu vurğulayıb.

Ukrayna lideri həmçinin bəyan edib ki, hələlik Prezident Administrasiyasına yeni rəhbər təyin olunmayacaq. Bu, Kiyevdə siyasi qərarların növbəti mərhələyə saxlanıldığını göstərir.