Вернуться назад Распечатать

Paşinyan Moskva küçələrini velosipedlə gəzdi

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfərini qeyri-adi şəkildə başlayıb.
1xeber.media xəbər verir ki, Paşinyan səhər saatlarından velosipedlə Moskvanın küçələrini gəzərək, artıq 26 kilometr məsafə qət etdiyini bildirib. O, yürüş zamanı eynək və qoruyucu dəbilqə taxıb.

Paşinyan Moskvaya Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak etmək üçün gedib. Onun səfəri çərçivəsində bir sıra rəsmi görüşlərin və müzakirələrin keçirilməsi gözlənilir.

Baş nazirin velosipedlə paytaxtı “kəşf etməsi” sosial şəbəkələrdə diqqət çəkib və Moskvadakı səfərin simvolik və qeyri-formal başlanğıcı kimi qiymətləndirilib.