Вернуться назад Распечатать

Generallar Fəxri xiyabanda

Müdafiə Nazirliyinin rəhbər heyəti dekabrın 12-dəÜmummilli Lider Heydər Əliyevin anım günündə Fəxri xiyabanı ziyarət edib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Nazirliyin rəhbər heyəti daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzərək xatirəsinə ehtiram nümayiş etdirib.