Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Bu barədə 1xeber.media-ya qurumdan məlumat verilib.
Bildirilib ki, komitənin kollektivi müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiram hissi ilə yad edib, məzarı önünə gül düzüb.

