Вернуться назад Распечатать

Aİ Rusiyanın aktivlərini həmişəlik bloklayıb

1xeber.media xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərini həmişəlik dondurub.

“Avropa İttifaqı cümə günü Rusiya Mərkəzi Bankının Avropada saxlanılan aktivlərini daimi olaraq dondurmağa razılaşdı və bu vəsaitlərin Ukraynaya yardım göstərmək üçün istifadə edilməsində əsas maneəni aradan qaldırdı”, - bəyanatda deyilir.

Ötən gün Belçika, Bolqarıstan, İtaliya və Maltanın Rusiya aktivlərinin daimi dondurulmasını dəstəklədiyi açıqlanıb. Aydınlaşdırılıb ki, bu səsvermə heç bir halda Rusiyanın dondurulmuş aktivlərinin mümkün istifadəsi ilə bağlı Aİ-yə üzv dövlətlərin liderləri səviyyəsində qəbul edilməli olan qərarı ləğv etmir.