Avropa Şurasının prezidenti Antonio Kosta Rusiyanın Avropadakı aktivlərinin dondurulmasının müddətini X sosial media platformasında elan edib.
1xeber.media xəbər verir ki, Onun sözlərinə görə, Rusiya Ukraynaya ödəniş edənə qədər vəsaitlər dondurulmuş vəziyyətdə qalacaq.
Siyasətçi qeyd edib ki, Aİ liderləri Ukraynada münaqişə bitənə və Moskva Kiyevə vurduğu ziyana görə kompensasiya ödəyənə qədər dondurma rejimini saxlamağa öhdəlik götürüblər.
"Bu gün biz bu öhdəliyi yerinə yetirdik. Növbəti addım Ukraynanın 2026-2027-ci illər üçün maliyyə ehtiyaclarını ödəməkdir", - Kosta vurğulayıb.
Avropa İttifaqı dekabrın 12-də Rusiyanın dondurulmuş aktivlərini birdəfəlik dondurdu. Reuters agentliyinin xəbərinə görə, bununla blokun nümayəndələri bu vəsaitlərdən Ukraynaya yardım göstərmək üçün istifadə edilməsinə ciddi maneəni aradan qaldırıblar.