Вернуться назад Распечатать

İtkin düşən balıqçılar tapılmayıb - Rəsmi+ Video

Sosial şəbəkələrdə Astarada itkin düşən balıqçıların tapılması ilə bağlı məlumatlar yayılıb.

1xeber.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Yayılan xəbərlərlə bağlı Cenublu.az-a danışan itkin düşən Ağadədə Həsənovun əmisi Sübhan Həsənov da məlumatları təkzib edib.

“Yayılan yalan məlumatlara görə axtarışlar dayanır. Axtarışlarla bağlı bizdən başqa heç kimin məlumatına inanmayın” – deyə o bildirib.

S. Həsənov əlavə edib ki, ailə dövlət qurumlarından xahiş edir ki, qonşu ölkələrlə əlaqə yaradılaraq Turan və Ağadədənin tapılması istiqamətində işlər genişləndirilsin.

Daha ətraflı videoda: