Вернуться назад Распечатать

Tom Kruz Trampa görə kosmosda film çəkməyəcək

Hollivud aktyoru Tom Kruz ABŞ prezidenti Donald Trampdan kömək istəmədiyi üçün “Sabahın kənarı”nın rejissoru Duq Limanla kosmosda film çəkmək fikrindən imtina edib.

1xeber.media xəbər verir ki, bu barədə dekabrın 10-da mənbələrə istinadən tabloid Page Six məlumat yayıb.

"Mənim başa düşdüm ki, filmin çəkilişi üçün onların NASA ilə koordinasiyaya ehtiyacı olacaq və məlumatlara görə Tom Kruz Donald Trampdan lütf istəmək istəməyib. Federal hökumətin icazəsi lazımdır", - mənbə nəşrə bildirib.

Kruiz "siyasi səbəblərə görə" bu ideyadan imtina etdi.