Вернуться назад Распечатать

Füzuli Ələkbərovun ŞİRKƏTİ DÖVLƏTƏ BORCLANDI

Nazirlik və dövlət qurumlarının yüz minlərlə, hətta milyonlarla manatlıq tenderlərinin qalibi olan IMPROTEX TRUCKS AND BUSES MMC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.

1xeber.media 32gun.az-a istinadla xəbər verir ki,sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi “İmprotex” şirkətinin tabeliyində fəaliyyət göstərən IMPROTEX TRUCKS AND BUSES MMC-nin vergi borcu təxminən 300 min manat təşkil edir.

Belə ki, şirkətin dövlət qarşısında mövcud vergi borcu 298 325,92 AZN-dir.

Xatırladaq ki, Füzuli Ələkbərovun bacısı oğlu Fərid Cəfərovun hazırda Mədəniyyət naziri Adil Kərimlinin müavini olması, iddialara görə isə onun və dayısı oğlu Vüqar Ələkbərovun 2013-cü ildə baş verən İsmayıllı hadisələri zamanı həmin rayonda olmaları, eləcə də nazir müavininin xidməti avtomobili — BMW markalı nəqliyyat vasitəsini öz dayısına məxsus “İmprotex Motors” şirkətindən alması barədə xəbər vermişdik.