Вернуться назад Распечатать

Azərbaycanda bu ailələr UŞAQ PULU ala bilər - 140 MANAT

Azərbaycanda bu ailələrə aylıq olaraq uşaq üçün pul verilir.

Hansı uşaqlara 140 manat müavinət verilir?

1xeber.media xəbər verir ki,mövcud qanunvericiliyə əsasən,ünvanlı sosial yardımı alan ailələrdə 1 yaşınadək uşaqlar üçün aylıq 140 manat məbləğində müavinət nəzərdə tutulub.

Bu vəsait uşağın 1 yaşı tamam olan ayın sonunadək ödənilir.Müavinətin alınması üçün ailələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli idarələrinə və ya "DOST" Mərkəzinə müraciət etməklə zəruri sənədlər təqdim edə bilərlər.