Вернуться назад Распечатать

Fransada Luvr muzeyi işçilərin tətili səbəbindən bağlanıb

“Le Monde” həmkarlar ittifaqının nümayəndələrinə istinadən xəbər verir ki, Fransada Luvr Muzeyi işçilərin tətili səbəbindən qeyri-müəyyən müddətə bağlanıb.

1xeber.media xəbər verir ki,  iclasda yüzlərlə işçi iş şəraitinin pisləşməsi ilə əlaqədar bir günlük tətilə yekdilliklə səs verib. Bəzi işçilərin qeyri-müəyyən boykot çağırışı olduğu bilinir.

Muzeyin mətbuat xidməti də rəsmi açıqlama yayaraq yaranmış narahatlığa görə üzr istəyib. “İşçilərin tətili ilə əlaqədar olaraq muzeyin sərgisi hazırda ziyarətçilər üçün əlçatan deyil”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl xəbər verilmişdi ki, Ermitaj muzeyinin direktoru “Luvr hekayəsi”nin Rusiya muzeyi üçün faydalarından danışıb.